AZ

Ermənistanın Aİ-yə üzvlüyünə dair referendumda 60 min imza toplanıb

Ermənistanın Avropa İttifaqına üzvlüyünə dair referendumla bağlı toplanan 60 min imza ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə prosesi həyata keçirən “Armenian Eurovote” təşkilatının “Facebook” hesabında yazılıb.

“Toplanan imzalar yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Komissiya isə müvafiq prosedurlardan sonra referendumla bağlı qanun layihəsini parlamentə göndərəcək”, - deyə hesabatda qeyd edilib.

Seçilən
24
2
operativmedia.az

10Mənbələr