RU

Ronaldunun nişanlısı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun nişanlısı model Corcina Rodriges xəstəxanaya yerləşdirilib.

Bu barədə model "Instagram" səhifəsində məlumat verib.

O bildirib ki, pnevmoniyaya görə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda xəstəxanaya yerləşdirilib və dörd gün sonra evə qayıdıb. Model həkimlərə təşəkkürünü bildirib.

Xatırladaq ki, Ronaldu və C.Rodriges 2018-ci ildə nişanlandıqlarını açıqlayıblar. Futbolçu Corcina ilə Alana Martina və Bella Esmeralda adlı qızları, həmçinin surroqat analardan dünyaya gələn - Kriştianu, Eva və Mateo adlı üç uşaq böyüdür.

"Cebheinfo.az"

Избранный
9
1
cebheinfo.az

10Источники