RU

"Gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın?"

"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddindir. Harasa gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın? Deyirəm yox. Cavab verir ki, Elməddinin serialında çəkilmişəm. Hətta biri dedi ki, həmkarıq. Deyirəm, necə? Deyir, "Qardaşlar"ın 35 və 36-cı bölümündə çəkilmişəm".

Gundem.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor-aparıcı Elcan Rəsulov "El canlı" verilişində deyib. O, bir çox tanınmışın aktyor olmasında Elməddin Cəfərovun rolu olduğunu vurğulayıb. 

Proqramda yer alan Elməddin isə "12 serial çəkmişəm. Bəzisi 10 il gedib. 5-10 min bölüm olur. Yazır ki, mən də bir bölümdə çəkilmişəm. Haradan yadımda qalsın? Bəzisi xahiş edir ki, gəlim bir bölümdə çəkilim. Razılaşmışam, ayın sonunda gəlib ki, maaş hanı? Deyirəm nə maaş? Gecə klubunda rastlaşmamışam, çünki getmirəm" cavabını verib. 

Избранный
4
9
gundem.az

10Источники