"Bozqurdlar" favorit kimi görsənir".
Bu sözləri Offsideplus.az - a açıqlamasında Yunis Hüseynov bu gün baş tutacaq "Qərb derbisi" haqqında danışarkən bildirdi.
Mütəxəssis tovuzluların qələbəsinə daha çox inanır:
"Gərgin oyun olacaq. "Turan Tovuz" hazırda çox yaxşı formadadır. Xallarını toplayaraq liderlər qrupunda yer alıb. Matç da Tovuzda baş tutacaq. "Bozqurdlar" favorit kimi görsənir".