Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.