AZ

Babək prospektində obyektdə yanğın başlayıb - VİDEO

Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.

Seçilən
0
7
azpolitika.info

10Mənbələr