RU

Bakıda məktəblilər bıçaqlandılar: Saxlanılan var

"Oktyabrın 25-də dərsdənkənar vaxtda - saat 14:10-da məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub".

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

"Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - cavabda qeyd olunub.

Избранный
6
10
news365.az

10Источники