RU

PSJ zirvəyə qayıtdı - İCMAL

Fransa çempionatının 8-ci turundan sonra lider dəyişdi.

Evdə “Strasbur” üzərində inamlı qələbə qazanan PSJ xalını 20-yə çatdırmaqla 1-ci pilləyə yüksəldi. Parislilərin start heyətində görünən 18 yaşlı Mayulu oyunun qəhrəmanlarından oldu. O, 12-ci dəqiqədə topu dirəyə vursa da, 6 dəqiqə sonra hesabı açdı. 2-ci yarı başlayan kimi Asensio fərqi artırdı. Mara 58-ci dəqiqədə intriqanı bərpa etsə də, Barkola ilə Li Kan İnin vurduğu qollar qonaqların müqavimətini qırdı.

Möhkəm “Lill”i qəbul edən “Monako” heç cür rəqib qapısına yol tapa bilmədi. Teze 61-ci dəqiqədə meydandan qovulandan sonra “knyazlar” istər-istəməz təzyiqi azaltdı. Qolsuz heç-heçə onlara liderliyi itirmək bahasına başa gəldi. Daha doğrusu, PSJ yalnız əlavə göstəricilərə görə “Monako”dan öndədi.
3-cü pillədə isə hesabat turunda səfərdə “Monpelye”ni darmadağın edən “Marsel” qərarlaşıb. Heç 1-ci dəqiqə tamamlanmamış hesabı açan cənublulər hissənin sonuna qədər daha iki qol vurdu. 2-ci hissədə də “kötəkləmə” davam etdi. Qrinvudla Enrike hesab arasındakı fərqi biabırçı həddə çatdırdı. Düzdü, “Monpelye”dən Codiçin 64-cü dəqiqədə meydandan qovulması da hesabın belə alınmasında böyük rol oynadı. Oyundan dərhal sonra “Monpelye”nin prezidenti Loran Nikollen baş məşqçi Mişel Ter-Zakaryanın istefaya göndərildiyini bildirdi.

Turun qalan oyunlarına gəlincə, “Lans” səfərdə “Sent-Etyen”i iki, “Lion” “Havr”ı dörd cavabsız qolla məğlub etdi. “Oser”in qonağı olan “Reyms” minimal fərqlə uduzdu – 1:2. “Brest” – “Renn”, “Nant” – “Nitsa”, “Tuluza” – “Ange” oyunlarında eyni hesab (1:1) qeydə alındı.

8-ci tur
PSJ – Strasbur 4:2

Mayulu, 18. Asensio, 47. Barkola, 66. Li Kan İn, 90 – Mara, 58. Dyonq, 90+3. (47590)
PSJ: Donnarumma, Zair-Emeri, Şkrinyar, Paço, Beraldo, Mayulu (Ruis, 67), Vitinya, Neveş, Asensio (Li Kan İn, 58), Due, Barkola (Mbaye, 82).

Monako – Lill 0:0
(7246)
Monako: Mayetski, Teze, Sinqo, Kerer, Enrike (Mavissa, 88), Zakariya, Kamara, Minamino (Diatta, 63), Qolovin, Ben Seqir (Akliuş, 78), İlenihena (Embolo, 63).

Monpelye – Marsel 0:5
Vai, 1. Arit, 36. Heybyerq, 40. Qrinvud, 58. Enrike, 73. (18000)
Marsel: Rulyi, Lirola (Murilyo, 60), Balerdi, Kornelius, Qarsiya (Ronjye, 78), Heybyerq, Rabyo, Qrinvud, Arit (Sternal, 78), Rou (Enrike, 60), Vai (Kone, 70).

Sent-Etyen – Lans 0:2
Frankovski, 20. Labo, 79. (36832)

Havr – Lion 0:4
Abner, 32. Fofana, 57. Lakazett, 71. Benrahma, 87. (22490)

Oser – Reyms 2:1
Dyomande, 16. Traore, 52 – Nakamura, 90+5. (17016)

Brest – Renn 1:1
Del Kastilyo, 54-p. – Jota, 87. (15099)

Nant – Nitsa 1:1
Ablin, 67 – Gessand, 72. (28141)

Tuluza – Anje 1:1
Kinq, 64 – Nyan, 5. (24107)

1. PSJ 8 6 2 0 25-8 20
2. Monako 8 6 2 0 14-4 20
3. Marsel 8 5 2 1 21-8 17
4. Lill 8 4 2 2 13-8 14
5. Lans 8 3 5 0 9-4 14
6. Reyms 8 4 2 2 15-12 14
7. Lion 8 4 1 3 14-12 13
8. Nitsa 8 2 4 2 16-8 10
9. Nant 8 2 4 2 10-9 10
10. Strasbur 8 2 4 2 16-16 10
11. Brest 8 3 1 4 11-14 10
12. Oser 8 3 0 5 11-16 9
13. Renn 8 2 2 4 12-12 8
14. Sent-Etyen 8 2 1 5 6-20 7
15. Tuluza 8 1 3 4 7-11 6
16. Havr 8 2 0 6 7-19 6
17. Anje 8 0 4 4 6-14 4
18. Monpelye 8 1 1 6 8-26 4

Bombardirlər: Barkola (PSJ) – 7, Qrinvud (Marsel) – 6, Devid (Lill), Nakamura (Reyms) - 5.
Növbəti turun oyunları oktyabrın 25-27-si aralığında keçiriləcək: Renn – Havr, Anje – Sent-Etyen, Reyms – Brest, Lans – Lill, Lion – Oser, Strasbur – Nant, Monpelye – Tuluza, Nitsa – Monako, Marsel – PSJ.

Turun rəqəmi
26 – “Monpelye” 8 turdan sonra məhz bu qədər qol buraxıb. Bu isə 1969/70 mövsümündən bəri belə turnir məsafəsində ən pis göstəricidi. Həmin vaxt “Renn” ilk 8 turda 28 qol buraxmışdı.

Turun ulduzu
Senni Mayulu (PSJ) – 18 yaşlı yarımmüdafiəçi inanılmaz fəallıq göstərdi. Qol vurmaqla yanaşı, daha bir neçə dəfə zərbə mövqeyinə çıxdı. Xüsusən də ilk yarıda “Strasbur”un müdafiəçilərinə göz açmağa imkan vermədi.

Turun sitatı
Aleksandr Qolovin, “Monako”nun yarımmüdafiəçisi:
“Rəqibdən yaxşı oynadıq. Qalib gələ bilmədiyimizə görə müəyyən məyusluq var. Həm ilk yarıda, həm də fasilədən sonra qol vurmaq üçün yetərincə imkanımız oldu. Hətta azlıqda qalandan sonra da oyunun axarına nəzarət etdik, yalnız qol çatışmadı”.
Избранный
24
football-plus.az

1Источники