RU

Bakıda məktəbli bıçaqlandı - Rəsmi açıqlama

Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır". "Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Bakıda məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması barədə məlumat yayılmışdı.

Избранный
5
10
buta.tv

10Источники