RU

Bakıda 11-ci sinif şagirdi bıçaqlandı: saxlanılan var

Xəzər rayonu 322 nömrəli məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı xəbər yayılıb.

 

Mövzu ilə bağlı Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

 

Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.

 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - açıqlamada bildirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Избранный
4
10
modern.az

10Источники