RU

Zakir Fərəcov vətəndaşlarla görüşüb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbulunu 5-ci mikrorayon ərazisində keçirib.

İH-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbdə baş tutan görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Şəhər rəhbəri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Vurğulanıb ki, Sumqayıt şəhərində vətəndaşların problemlərinin dinlənilməsi və həll edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər həftə səyyar qəbullar keçirilir. Bu görüşlərin əsas məqsədi vətəndaşlarla birbaşa görüşmək, onların problemlərini müəyyən etmək və mümkün qədər qısa müddətdə həll etməkdir.

Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zakir Zakir Zakir Zakir Zakir Zakir Zakir
Избранный
25
1
apa.az

2Источники