RU

Lənkəranda ağır yol qəzası: xəsarət alanların SON VƏZİYYƏTİ

25.10.2024-cü il tarixində səhər saatlarında Lənkəran rayonu Bürcəli kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli olmaqla) müxtəlif travmalarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, ilkin tibbi yardım göstərilən yaralılardan birinin müalicəsi Reanimasiya şöbəsində, digər xəsarət alanın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

"Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə nəticəsində yüngül xəsarət alan digər şəxs isə Təcili yardım şöbəsində həkim nəzarətində saxlanılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, qəza Ələt-Astara magistralının 213-cü km-də, Lənkəran rayonunun Bürcəli kəndi ərazisində baş verib.

Избранный
8
1
day.az

2Источники