RU

Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında Naftalanda təlimlər keçirilib.

Şəhərdə fəaliyyət göstərən idarə, təşkilatlarda çalışan dövlət qulluqçularının iştirakı ilə keçirilən təlimlərdə təşkilati məsələlər, o cümlədən müsahibə komissiyasının reqlamenti və namizədə qarşı davranış qaydaları haqqında, iş yerində rifahın növləri, rifahı pozan amillər, həmçinin tükənmə və stresin növləri, tükənmənin dərəcələri və stresə qarşı mübarizə haqqında ətraflı məlumat verilib. Həmçinin təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili qaydaları haqqında məlumat verildi, qarşılıqlı müzakirələr aparıldı.

Избранный
22
naftalan-ih.gov.az

1Источники