RU

“Onların gəlişi Ukrayna-Rusiya savaş meydanındakı kövrək tarazlığı pozur”

“Yaxşı və intizamlı əsgərlər hesab edilən Şimali Koreya hərbçilərinin proseslərə müdaxiləsi Ukrayna-Rusiya savaş meydanındakı kövrək tarazlığı pozur”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bu, Ukraynanın vəziyyətini tamamilə ümidsiz etməsə də, onun üçn əlavə problemlər yaradacağı şübhəsizdir:

 

“Təxminən üç min nəfər Şimali Koreya hərbçisinin Rusiya tərəfindən müharibəyə qatıldığı ehtimal edilir.

 

Şübhəsiz, bu müdaxilə Ukraynanın vəziyyətini tamamilə ümidsiz etmir. Lakin bu da sirr deyil ki, indiki məqamda belə bir müdaxilə Ukrayna-Rusiya savaş meydanındakı kövrək tarazlığı pozur. Bu, Ukrayna üçün əlavə problemlər, çətinliklər yaradacaq. Hansı ki, bugünün özündə də Ukraynada kifayət qədər problem mövcuddur. Bu problemlərdən biri də səfərbərliklə bağlıdır. Müharibə uzandıqca əhali müharibədən doyur. İnsanlar döyüşmək istəmir. Məhz belə bir zamanda Şimali Koreyanın proseslərə müdaxiləsi Ukrayna üçün əlavə problem və yeni çətinliklər deməkdir”.

 

Seymur ƏLİYEV

 

Избранный
15
moderator.az

1Источники