RU

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakı. Trend:

“WhatsApp” yeni funksiya üzərində işləyir.

Trend-in məlumatına görə, “Meta” “Instagram”da mövcud olanhekayəyə musiqi əlavə etmə xüsusiyyətini “WhatsApp”da da istifadəyəverməyə hazırlaşır.

Bu xüsusiyyət sayəsində istifadəçilər foto və ya video statuspaylaşımında mahnılardan istifadə edə biləcəklər.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki,funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlumdeyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insanistənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaqüçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütündünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlımesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Избранный
6
3
az.trend.az

5Источники