"Milan’ın baş müşaviri Zlatan İbrahimoviç komandanın düşərgəsindəki narahatedici vəziyyətə müdaxilə etməli olub.

Offsideplus.az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.

Baş məşqçi Paulo Fonska ilə futbolçular arasında yaranan anlaşılmazlıqlara isveçli mütəxəssis müdaxilə etməli olub. Oyunçularla ayrıca danışaraq problemləri dinlənilib.

İtaliya A Seriyasının 8 turundan sonra "Milan" 14 xalla turnir cədvəlin 4-cü pilləsindədir. Çempionata 19 xalla "Napoli" liderlik edir.