RU

UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçirilib

UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçirilib.

“Far.Az”un məlumatına görə, bu gün turun bütün qarşılaşmaları baş tutub.

İngiltərənin “Çelsi” komandası səfərdə Yunanıstan təmsilçisi “Panatinaikos”u darmadağın edib.

İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Sankt-Qallen” üzərində inamlı qələbə qazanıb. Türkiyənin “Başakşəhər” komandası Sloveniyada “Sele”yə böyük hesabla yenilib.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

II tur

24 oktyabr

18:30. “Vikinqur” (İslandiya) - “Serkl Brügge” (Belçika) 3:1

20:45. “Gent” (Belçika) - “Molde” (Norveç) 2:1

20:45. “Yurqorden” (İsveç) - “Vitoriya” (Portuqaliya) 1:2

20:45. APOEL (Kipr) - “Borats” (Bosniya və Herseqovina) 0:1

20:45. “Rapid” (Avstriya) - “Noa” (Ermənistan) 1:0

20:45. “Harts” (Şotlandiya) - “Omoniya” (Kipr) 2:0

20:45. “Sankt-Qallen” (İsveçrə) - “Fiorentina” (İtaliya) 2:4

20:45. “Panatinaikos” (Yunanıstan) - “Çelsi” (İngiltərə) 1:4

20:45. “Yagelloniya” (Polşa) - “Petrokub” (Moldova) 2:0

20:45. “Sele” (Sloveniya) - “Başakşəhər” (Türkiyə) 5:1

20:45. “Larne” (Şimali İrlandiya) - “Şemrok Rovers” (İrlandiya) 1:4

23:00. “Betis” (İspaniya) - “Kopenhagen” (Danimarka) 1:1

23:00. HJK (Finlandiya) - “Dinamo” (Minsk, Belarus) 1:0

23:00. “Olimpiya” (Sloveniya) - LASK (Avstriya) 2:0

23:00. TNS (Uels) - “Astana” (Qazaxıstan) 2:0

23:00. “Mlada Boleslav” (Çexiya) - “Luqano” (İsveçrə) 0:1

23:00. TSK (Serbiya) - “Legiya” (Polşa) 0:3

23:00. Pafos (Kipr) - “Haydenhaym” (Almaniya) 0:1

Qeyd edək ki, UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları noyabrın 7-də başlayacaq.

Избранный
6
10
far.az

10Источники