RU

“İndi Ukrayna ilə bağlı bu qərarı verməyə ehtiyac yoxdur”

“Hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyə ehtiyac yoxdur”​.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Belə ki, siyasətçi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın təxirə salınmasına çağırıb.

“Biz Vaşinqtonda, Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik. Hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

Şolts əlavə edib ki, müharibə vəziyyətində olan ölkə NATO-ya üzv ola bilməz.

Избранный
5
1
qafqazinfo.az

10Источники