RU

Çeçenistanda hərbçilərin olduğu "Ural" atəşə tutulub - VİDEO

Çeçenistanda oktyabrın 24-də naməlum şəxslər  “Rosqvardiya”ya məxsus "Ural"ı atəşə tutubb. Bir hərbçi ölüb.

Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

“Baza”nın məlumatına görə, Milli Qvardiyaya hücum bu gün təxminən günorta saatlarında respublikanın Qroznı rayonunun Petropavlovsk stanitsasında baş verib. İlkin məlumatlara görə, hücum nəticəsində bir hərbçi ölüb, biri isə yaralanıb.

“Həlak olanların dəqiq sayı hələ də bəlli deyil, lakin fotoşəkillərə əsasən, ən azı bir işğalçı, Rusiya Qvardiyasının hərbçisi Dmitri Vereşçenkonun məhv edildiyi bildirilir. Məlumata görə, hərbçilər "Ural"la, Çurt-togi (Petropavlovsk) və Berkart-Yurt arasındakı magistral yol ilə gedirmişlər. Daha sonra naməlum şəxslər onlara atəş açıb. Hücum edənlər hələ də tapılmayıb”, - deyə Çeçenistanın müxalif NIYSO kanalı bildirib.

QAZİLER.AZ

 

Избранный
23
2
qaziler.az

3Источники