RU

Siyasət Əsgərov: “İlk dəqiqədən son fitə qədər diqqətli olmalıyıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Portuqaliya ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz Avropa çempionatının pley-off mərhələsi çərçivəsində oktyabrın 25-də Bakıda Portuqaliya yığması ilə üz-üzə gələcək.

Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında bu matçdan gözləntilərini dilə gətirib:

“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Portuqaliya matçına saat 16:00-da start veriləcək.

Избранный
15
4
arena.az

10Источники