UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb...
"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0.
"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq “Qarabağ” – "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
"Ayaks": Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.
Poliqon.info