RU

Qeyri-sabit havalarda şagirdlərə qayıb yazılmaya bilər? - RƏSMİ

  Ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunması vacib məsələlərdən biridir. Lakin bəzən qeyri-sabit havalarda şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər. 

Bəs hava şəraiti ilə əlaqədar dərslərdə iştirak edə bilməyən şagirdlərə qayıb yazılmaya bilər? 

Bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesinin keyfiyyəti, şagirdlərin psixoloji durumu və sağlamlığı ilə yanaşı, onların dərsə davamiyyəti daim diqqətdə saxlanılır.

"Qaydalara uyğun olaraq müəllim sinifə daxil olan kimi davamiyyəti yoxlamalı, dərsdə iştirak etməyən şagirdlə bağlı qeydlər aparmalı və bu barədə sinif rəhbərinə, məktəb rəhbərliyinə məlumat verməlidir. Bundan sonra valideynlə əlaqə saxlanılır və məktəblinin hansı səbəbdən dərsdə iştirak etməməsi araşdırılır", - MÜTDA-nın açıqlamasında qeyd olunub.  

Избранный
7
2
referans.az

3Источники