RU

Özbəkistanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər

Azərbaycanın Özbəkistandakı səfirliyi, onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə oktyabrın 21-dən 25-dək özbəkistanlı jurnalistlərin ölkəmizə mediaturu təşkil olunub.

Mədəniyyət Mərkəzindən bildirilib ki, mediatur iştirakçıları Bakı, Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan rayonlarında olub, həmin ərazilərdən materiallar, məqalələr və videoreportajlar hazırlayıblar.

Mediatur Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və ICESCO təşkilatı tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təşkil olunub.

Mediatura Özbəkistanın Dövlət Milli Teleradio Kompaniyasının “Özbəkistan tarixi”, “Ikbol TV” telekanallarının təmsilçiləri, bu ölkənin kun.uz və anıq.uz internet saytlarının müxbirləri qatılıblar.

Tədbirin təşkilində əsas məqsəd Azərbaycanın qazandığı nailiyyətlər, mədəniyyət və turizm sahələri, Ermənistanın işğalçılıq siyasəti, işğaldan azad edilən bölgələrimizdə törətdiyi dağıdıcılıq və vandalizm aktları, şəhər-kəndlərimizin, milli mədəni irsimizin dağıdılması, bu ərazilərdə dövlətimiz tərəfindən aparılan tikinti-bərpa işləri, tarixi abidələr ilə tanış olmaq, minatəmizləmə əməliyyatı barədə Özbəkistan və Mərkəzi Asiya ictimaiyyətini məlumatlandırmaqdır.

Mediatur zamanı jurnalistlər Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonundakı fəaliyyəti ilə tanış olub, Ağdam İmarət Kompleksini, Füzuli rayonunda Özbəkistan tərəfindən tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət ediblər.

Bundan başqa, səfər çərçivəsində media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanış olub, həmçinin əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə və böyük turizm potensialına malik Laçın rayonunda, habelə Şuşa şəhərində Cıdır düzündə, Molla Pənah Vaqif məqbərəsində və Şuşa qalasında çəkilişlər aparıblar.

Избранный
6
6
xalqqazeti.az

8Источники