RU

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Universitetdən Vətəninfo.az-a bildirilib ki, oktyabrın 27-si Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 13-də onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.

Избранный
12
12
veteninfo.az

10Источники