AZ

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqənin finalına vəsiqə qazandılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-də Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.
Qeyd edək ki, oktyabrın 13-də onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni "C", "C++", "Java" və ya "Python" proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.
Seçilən
45
12
oxu.az

10Mənbələr