RU

Bakıda aktyor və arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edildi

Bakıda 2 nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.
Nəsimi rayon prokurorluğundan  verilən məlumata görə, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç aktyordur. O, 13 iyul 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Bakı Kamera Teatrında çalışıb. 1995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında baş həkim rolunda çəkilib.
Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və 2015-ci ildə Prezidentin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Избранный
7
49
busaat.az

10Источники