RU

Maskalı şəxs yeniyetməni oğurlamaq istəyib?

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Bolgə.TV xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.
Məlumata görə, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib. Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.
Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.
Uşağın atası Kamil Seyidov bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.
***
Naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Oxu.az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs - 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb
Избранный
6
17
bolge.tv

10Источники