RU

“TikTok” Azərbaycanda “TikTok For Business” platformasını TƏQDİM ETDİ

Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan “TikTok”, Azərbaycandakı auditoriyaya “TikTok For Business” platformasını təqdim edib.

 

Sfera.az xəbər verir ki, bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.

 

Qeyd edək ki, “TikTok” yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün bir videoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur. “TikTok” Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqli maraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir. Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindən “TikTok”a olan marağı artırır.

 

Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən “TikTok”, 2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq onlara kreativ və effektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir. “TikTok for Business” platforması böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər, FMCG və gözəllik sənayesindən tutmuş elektron ticarət və video oyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.

 

““TikTok for Business” platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. “TikTok for Business”in geniş alət dəsti yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər istənilən hədəfə çatmağa imkan verir. Biz Azərbaycanda şirkətlərin “TikTok”un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik,” –“TikTok”un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada “Global Business Solutions” departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.

 

Bildirilib ki, “TikTok”da müxtəlif miqyasda və sahələrdə fəaliyyət göstərən şirkətlər orqanik məzmun yarada və marketinq qıfının bütün mərhələlərində öz biznes məqsədlərini həyata keçirə bilərlər. Platforma brendlərə özləri haqqında məlumatlılığı artırmaq, istifadəçiləri cəlb etmək və loyallığı gücləndirmək, onları tətbiqdən kənar fəaliyyətlərə həvəsləndirmək, konversiyaları artırmaq və satışları yüksəltməkdə kömək edir.

 

“TikTok”un Azərbaycanda şirkətlərə həll etməyə kömək etdiyi məsələlər:

 

1. Fəal və cəlbedici auditoriyaya çatmaq

Dünyanın hər yerindən istifadəçilər “TikTok”a yaxşı əhval-ruhiyyə, yaradıcı və maraqlı məzmun üçün gəlirlər. Brendlər də “TikTok”u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir. “TikTok”da reklamların nativlik və yaradıcı yanaşmanın birləşməsi əsasında qurulması platformanın icması tərəfindən müsbət qəbul edilir. Belə ki, Kantar-ın araşdırmasına görə, istifadəçilərimizin 74%-i platformada olan reklamları kreativ hesab edir, 67%-i isə “TikTok”dakı reklamların unikal olduğunu düşünür. Bu, brendlərə “TikTok”da müsbət, diqqətli və maraqlı auditoriya ilə ünsiyyət qurmağa və platformadakı tövsiyələrə inanan istifadəçiləri cəlb etməyə imkan verir.

 

2. İstifadəçilərə brend, məhsul və ya xidmət haqqında məlumat almağa kömək etmək

“TikTok” icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalar axtarışındadırlar, bu ideyalar isə onları real həyatda dəyişikliklərə ilhamlandırır. “TikTok” istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8 dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib. İstifadəçilərin 80%-dən çoxu isə “TikTok”un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir.

 

3. Alış-verişə ilham vermək

“TikTok”da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan “#TikTokMadeMeBuyIt” həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.

 

Araşdırmalar göstərir ki, “TikTok”da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i “TikTok”da məzmunu gördükdən sonra alış-veriş ediblər. “TikTok” istifadəçilərinin isə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar.

 

İndi Azərbaycandakı şirkətlər “TikTok”da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.

 

Firuzə Əliyeva

 

Избранный
3
11
sfera.az

10Источники