RU

Əli Yerlikaya : "Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib"

Paytaxt Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkətinin (TUSAŞ) obyektində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.

Daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-a təşkil edilən terror aktında zərərsizləşdirilən kişi terrorçunun bölücü terror təşkilatı PKK üzvü "Rojger" kod adlı Əli Örek olduğunu açıqlayıb.

Nazir Yerlikaya sosial media hesabından açıqlamasında bunları qeyd edib:

"Dünən TUSAŞ-da törədilən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun kimliyi məlum olub. Xain PKK terror təşkilatının üzvü, "Rojger" kod adlı Əli Örekdir. Digər qadın terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işləri davam edir Allah bir daha şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfalar diləyirəm. Heç bir terror aktı əziz millətimizi qorxuda bilməz".

Xain hücumda 6 nəfər şəhid olub.



Избранный
12
1
trt.net.tr

2Источники