RU

Ronaldo Avropaya qayıdır -

Ronaldonun “Mançester Yunayted”dəki ikinci dövrü uğursuz alınsa da, portuqaliyalı əfsanə “Old Trafford”a qayıda bilər. Metbuat.az xəbər verir ki, “Yunayted”in keçmiş müdafiəçisi Mikael Silvestr belə açıqlama verib. Onun sözlərinə görə, Ronaldo yenidən “Mançester Yunayted”ə qayıdacaq. Ronaldonun İngiltərəyə dönəcəyini bildirən Silvestre, “Kriştiano Ronaldonun yenidən “Mançester Yunayted” azarkeşləri ilə görüşəcək, lakin bu, tezliklə baş verməyəcək. O, klubun əfsanəsidir və onu yenidən “Old Trafford”da görmək əla olacaq, lakin bu barədə indi düşünmək hələ tezdir” - deyə bildirib.

Qeyd edək ki, 2003-cü ildə “Mançester Yunayted” karyerasına başlayan Ronaldo, 2009-cu ildə “Real Madrid”ə transfer olub. 2018-ci ildə “Yuventus”a transfer olan Ronaldo, 3 illik İtaliya karyerasından sonra “Mançester Yunayted”ə qayıtsa da, burada uğursuz oyun nümayiş etdirib.

Избранный
13
3
metbuat.az

4Источники