RU

Hindistana yaxınlaşan tropik qasırğa səbəbindən 300 min insan təxliyə edilib

Benqal körfəzindəki tropik qasırğaya cavab olaraq Hindistanda məktəblərdə təhsil dayandırılıb, qatarların hərəkəti dayandırılıb və 300 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada, "Dana" tropik qasırğasının küləyinin sürətinin saatda 100-120 kilometrə çatdığı və bu gün gecə və ya sabah səhər saatlarında ölkənin şərq sahillərinə çıxmasının gözlənildiyi bildirilib.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şərqindəki Odişa əyalətinin baş naziri Mohan Çaran Majhi verdiyi açıqlamada əyalətdəki həssas bölgələrdən təxminən 300 min insanın təxliyə edildiyini bildirib və “hökumət vəziyyəti idarə etmək üçün tam hazırdır",- deyə qeyd edib.

Hakimiyyət orqanları Odişanın 14 rayonundan 1 milyondan çox insanı təxliyə etməyi planlaşdırır. Şiddətli qasırğa və tufanların müşahidə olunduğu əyalətə çoxlu sayda yardım və xilasetmə qrupları da göndərilib.

Qeyd edək ki, ötən il ölkəni təsir edən fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.

Избранный
17
1
aznews.az

2Источники