RU

"Balaca Şahzadə" kitabının əlyazması hərraca çıxarılır - FOTOLAR

Tarixin ən çox satılan fantastik kitablarından biri olan Antuan de Sent-Ekzüperinin müəllifi olduğu "Balaca Şahzadə" əsəri hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, orijinal əlyazma kitabı fantastik qiymətə satışa çıxarılır.

Əbu-Dabidə satışı baş tutacaq kitabın azı 1,25 milyon dollara satışa çıxarılacağı ehtimal edilir.

Kitabda müəllifin bir çox rəsmləri, eləcə də onun məşhur "İnsan yalnız ürəyi ilə aydın görür, əsas olan gözə görünməzdir" kimi sitatları da yer alır. Əlyazma düzəlişləri ilə yanaşı, satılacaq versiyada sonradan çıxarılan bəzi bölmələr də var.

Zərifə Nağıyeva 

Избранный
20
unikal.az

1Источники