RU

Sabir Rüstəmxanlı Aytmatov Akademiyasının fəxri üzvü seçildi — FOTOLAR

Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.

Demokrataz xəbər verir ki, bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin iclasında verilib.

Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatı irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. 4 ildən bir görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları Akademiyanın fəxri və həqiqi üzvləri seçilirlər.




Избранный
9
4
demokrat.az

5Источники