RU

Daşkəsəndə partlayış - Xəsarət alanın son vəziyyəti AÇIQLANDI

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Bakuinfo.net-ə bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Избранный
8
20
bakuinfo.net

10Источники