RU

Rusiyada güclü zəlzələ baş verib

 

Sakit okeanda, Rusiyanın Şimali Kuril adaları sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Missiya.Az “RİA Novosti”yə istinadən  xəbər verir ki , bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat  yayıb.Yeraltı təkanlar cümə axşamı, oktyabrın 24-nə keçən gecə qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib .Zəlzələnin ocağı 63 kilometr dərinlikdə qeydə alınıb.Bunun fonunda Severo-Kurilskdə 3 bal gücündə zəlzələ hiss olunub. Heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Избранный
21
2
missiya.az

10Источники