RU

Rusiyada güclü zəlzələ olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.
Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.
O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.
Избранный
25
32
oxu.az

10Источники