RU

Aviaşouda faciə: Tom Kruzun uçuş təlimatçısının təyyarəsi yerə çırpıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivud ulduzu Tom Kruzun uçuş təlimatçısı Çarlz Kolman ABŞ-də qəzaya uğrayıb. Hadisə hava şousu zamanı baş verib.
Oxu.Az-ın "Spiegel"ə istinadən verdiyi məlumata görə, hadisə "Las Cruces Air & Space Expo" sərgisində olub.
O, şou göstərərkən bir anda qəzaya uğrayıb. Aldığı xəsarətlər həddindən artıq ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, Ç.Kolman təcrübəli pilot olub. O, havada 10 mindən çox saat keçirib, yüzlərlə hava şousunda iştirak edib.
Bundan əlavə, o, Hollivud ulduzları ilə işləyib. Aktyor Tom Kruza isə "Top Gun: Maverick" filminin çəkilişləri zamanı kömək edib.
Избранный
6
34
oxu.az

10Источники