RU

"Vüqar Həşimov" klubu Avropa Kubokunda növbəti qələbəsini qazanıb

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.

Azərbaycan təmsilçisi IV turda İsveçrənin “Riksen” klubuna 4:2 hesabı ilə qalib gəlib.

Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” kollektivlərini (3,5:2,5) üstələyib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.

"Cebheinfo.az"

Избранный
9
9
cebheinfo.az

10Источники