RU

Reha Muhtar tanınmaz halda - VİDEO

İki ay əvvəl evdə yıxılaraq beyin qanaması keçirən və bir müddət sonra intubasiya edilən Reha Muxtarın əvvəlki sağlamlığı bərpa olunmağa başlayıb. Bir neçə gün əvvəl tərxis olunan məşhur xəbər aparıcısı aylar sonra ilk dəfə görüntülənib. Amma o tanınmaz halda olub.

Reha Muxtar ötən ilin avqustunda İstanbuldakı evində baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib və uzun müddət reanimasiyada müalicə olunub.

Bu yaxınlarda evə buraxılan 65 yaşlı Reha Muxtar ötən gün Bebekdə görüntülənib. Gəzməkdə çətinlik çəkdiyi müşahidə edilən məşhur ad, sağlamlıq vəziyyəti ilə bağlı bunları deyib: “Mən hər şeyə qayıdacağam, narahat olma. Və mən təkrar-təkrar qayıdacağam. Sağlamlıq həyatda vacib bir şeydir. Sağlamlığınıza çox diqqətli olun. 'Hər şey mənimdir' deyərkən, birdən həyatında heç nə qalmaya bilər. Mən də bunu son 40 gündə yaşadım. “Hər şeyim var” deyəndə, heç nəyim qalmadı. Birdən ətrafımdakı hər kəs məndə olan hər şeyi aldı. Bura mənim uşağım da daxildir. Allaha şükürlər olsun ki, hələ də sevdiklərim var. “Həm kitab yazacam, həm də televiziya proqramı ilə qayıdacağam"~€

Избранный
22
news365.az

1Источники