Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatıdavam edir.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, mundialın üçüncü günündə yunan-Roma güləşçiləridaha 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.
Azərbaycan millisinin 2 idmançısı medal üçün mübarizəaparacaq.
U-23 dünya çempionatı
Yunan-Roma güləşi
55 kq
Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Rəşad Məmmədovfinal qarşılaşmasına çıxacaq. Onun rəqibi iranlı Ahmad Vafa olub.3:11 hesabı ilə uduzan Məmmədov dünya ikincisi olub.
77 kq
Bürünc şansını qoruyan Xasay Həsənli təsəlliverici görüşdəbelçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdəTemuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxangüləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan NihatQuluzadə 60 kq çəkidə bürünc əldə edib.