RU

London klubu müqaviləni yeniləməyən gənc ulduzu ilə bağlı sərt qərar verdi

"Çelsi" klubu ilə 18 yaşlı oyunçusu Coş Açenponq arasında mübahisəli vəziyyət yaranıb.

Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.

Xəbərə görə, "zadəganlar" müdafiəçisi ilə yeni uzunmüddətli müqavilənin artıq razılaşdırıldığına inansa da, Açenponq gözlənilmədən anlaşmanı imzalamaqdan imtina edib. 

Onun bu qərarı klub rəhbərliyinin çaşqınlığına səbəb olub. Londonlular oyunçu ilə kompromis əldə edilməyənə qədər onun əsas və ya gənclərdən ibarət komandaların heyətində oynamayacağı barədə qərar veriblər. Gənc futbolçunun müqaviləsinin müddətinin bitməsinə 18 ay qalıb.

Açenponq “Liverpul”, “Borussiya Dortmund”, “Real Madrid” kimi klubların "radar"ına düşüb.

Mirağa

Избранный
8
fanat.az

1Источники