RU

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni QAYDALAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə "Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı Qaydalar" və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin, həmçinin təkmilləşdirilmiş "e-su" portalının təqdimatı olub.
Oxu.Az bildirir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı məlumat verib, su şəbəkəsinə qoşulmanın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb, bu qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə su təchizatı şəbəkəsinə qoşulmanın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyini, bu istiqamətdə işlərin görülməsinin əhəmiyyətini qeyd edib.
ADSEA-nın şöbə müdiri Yusif Əhədi "Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı Qaydalar" və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçası, videoçarx və qurumun yeni internet səhifəsini təqdim edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini Rüfət Atakişiyev təkmilləşdirilmiş "e-su" portalındakı yenilikləri diqqətə çatdırıb.
Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb.
Aygün Mirrakif
Избранный
10
26
oxu.az

10Источники