RU

Bakı-Balakən-Bakı qatar marşrutu işə salınacaq

"Azərbaycan Dəmir Yolları" 2024-cü ilin sonuna kimi QSC Bakı-Balakən-Bakı istiqamətində  sürətli qatar marşrutu açmaq niyyətindədir. Bu barədə qurumun rəhbəri Rövşən Rüstəmov məlumat verib.
 
Onun sözlərinə görə, Balakən istiqamətində yol köhnə olduğundan yenidən salınır. 
 
"Məsafə uzaq olduğundan Balakən istiqamətində işləyəcək qatarda yataq tipli vaqonlardan istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir”,  -  Rüstəmov deyib. 

Azərbaycan dəmir yollarının ümumi uzunluğu 3 min kilometrdir. Bunun 70%-i istismara yararlıdır. 

ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.

Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-sentyabrında  6 milyon sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
 
Azərbaycanda dəmir yolu ilə 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşınıb.
 
N.Təbrizli


www.anews.az
Избранный
6
1
anews.az

10Источники