RU

Belarusda prezident seçkilərinin vaxtı məlum oldu


Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.
Yeniavaz.com
“Belta” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı çərşənbə günü Belarus Parlamentinin Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) deputatları qəbul ediblər.
Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenkonun dediyi kimi, Belarusda qanuna görə, növbəti prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
O, Belarusda yeni seçki qanunvericiliyinə uyğun olaraq, prezidentliyə namizədlər üçün yaş həddinin 40 yaşa qədər artırıldığını bildirib.
Избранный
22
1
yeniavaz.com

2Источники