RU

Bakıda aktyor və xanımı öldürüldü

Bakıda aktyor və xanımı öldürüldü

Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.Qətlə yetirilən İosif Tkaç aktyordur. O, 13 iyul 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Bakı Kamera Teatrında çalışıb. 1995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici film istehsalçılarının "Qraf Krestovski" (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında baş həkim rolunda çəkilib.Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və 2015-ci ildə Prezidentin Sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Избранный
2
4
afn.az

10Источники