AZ

TƏCİLİ - Bakıda aktyor və arvadı öldürüldü - dəhşətli QƏTL!

Image

Bakıda ər və arvadı qətlə yetirilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb.

Mətləb






Seçilən
15
49
baki-xeber.com

10Mənbələr