RU

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Koreyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Elm və Təhsil Nazirliyinin tabeliyində olan Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə baş tutub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Rektor Gülçöhrə Məmmədova koreyalı qonaqlara universitet haqqında məlumat verib və birgə əməkdaşlıq perspektivlərindən söhbət açıb.

Görüşdə “Deltatech-KOREA” şirkətinin rəhbəri Seong Ho Lee, Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim, Seul Milli Universitetinin professoru Youngtack Shim, Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov iştirak ediblər.

Tərəflər Koreya memarlığı və inşaat sektorunda əldə olunan texnoloji həllər, bu həllərdən AzMİU-nun faydalanma imkanları ilə bağlı müzakirə aparıblar. Həmçinin Koreya universitetləri ilə gələcək birgə layihələrin icrası və görüşdə iştirak edən qurumların vasitəçi qismində əməkdaşlığa cəlb olunması kimi vacib nüanslara toxunublar.

Избранный
22
azertag.az

1Источники