RU

Eyginin ölümü ilə bağlı Avstralyalı şahid Türkiyəyə gedib

Bakı, TurkicWorld

Türkiyə vətəndaşı olan aktivist Ayşenur Ezgi Eyginin İsrail tərəfindən vurulması ilə bağlı ifadə vermək üçün Avstraliyalı şahid Türkiyəyə gedib.

TurkicWorld xəbər verir ki, Ankara məhkəməsinə edilən şikayət çərçivəsində ifadə vermək üçün Türkiyəyə gedən Helen Maria Osullivan jurnalistlərə verdiyi açıqlamada Eyginin vurulduğu zaman yanında olduğunu bildirib.

Həmçinin o deyib ki, İsrailin Ezgini səhvən öldürdüklərinə dair bütün iddiaları gülünc bir yalandır. Bu, açıq-aşkar bir qətl idi və qəsdən edilmişdi.

Osullivan, İsrailin məqsədinin beynəlxalq könüllüləri qorxutmaq olduğunu deyib.

Xatırladaq ki, İordan çayının qərb sahilində keçirilən mitinq zamanı İsrail hərbçiləri tərəfindən vurulan Eygi 6 sentyabrda aparıldığı xəstəxanada dünyasını dəyişib. Cənazəsi 14 sentyabrda Türkiyənin Aydın şəhərinə gətirilərək orada dəfn edilib.

İsrail tərəfindən hadisə ilə bağlı verilən açıqlamada Ezginin qəsdən vurulmadığı, səhvən öldürüldüyü bildirilib.

Избранный
10
turkic.world

1Источники