RU

Bərpa olunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiya zəruridir - Nazir

Bakı. Trend:

Bazar sabitliyi, etibarlı təchizat və bərpa olunan enerjidədəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiyavacibdir.

TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir PərvizŞahbazov Çində Kəmər və Yol Enerji Nazirlərinin iclası çərçivəsindəkeçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadəedərək enerji təhlükəsizliyini gücləndirmək” adlı Forumda enerjitəchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrəəməkdaşlıq mövzusunda çıxışı zamanı bildirib.

Məlumata görə, çıxışda diversifikasiyanın bərpa olunan enerjimənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsasprioritet olduğu vurğulanaraq bildirilib ki, biz enerjitəhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurətolduğu bir dünyada yaşayırıq. Bazar sabitliyi, etibarlı təchizat vəbərpa olunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçündiversifikasiya vacibdir. Qeyd olunub ki, Azərbaycanın təşəbbüsüolan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdəilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri iləbirləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmişenerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib:“Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz,30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracımızın75%-i, qaz tədarükümüzün isə 50%-i Avropanın payına düşüb.Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatındaetibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizinenerji təchizatında rolunu “yaşıl enerji” ilə daha da şaxələndirənvə genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir.Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl enerjidəhliz”lərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir”, -deyə nazir bildirib.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinintexniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl EnerjiDəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildənisə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib.“Yaşıl Enerji Zonası” Konsepsiyasının tərkib hissəsi kimireallaşdırılan və 1 QVt ötürmə gücünə malik“Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin isətexniki-iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP zamanı“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinininkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındaHökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib.Energetika naziri deyib ki, bu dəhlizlər şəbəkə dayanıqlığınınartırılmasında, regionlar arasında daha geniş bərpa olunanenerjinin inteqrasiyasının dəstəklənməsində və balanlaşmanın təminedilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobalçağırışlara cavab verən unikal layihələrdir. Təchizatıntəhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yəkeçidi sürətləndirəcək bu “yaşıl enerji dəhliz”ləri “Kəmər və Yol”təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq vəiqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.

Həmçinin Azərbaycanın “yaşıl enerji dəhliz”ləri vəinterkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerjitəşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb.

Избранный
4
4
az.trend.az

5Источники