RU

Kamil Nəcəfov mərkəz direktoru TƏYİN OLUNDU

“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” MMC-yə yeni direktor təyin olunub.

Valyuta.az xəbər verir ki, bu, Kamil Oqtay oğlu Nəcəfovdur.

K.Nəcəfov 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələri əldə edib, 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını tamamlayıb.

O, 2012-2023-cü illərdə “Caspian Cargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

© Report

Избранный
24
valyuta.az

1Источники